Zəlzələ bir neçə məktəbə ziyan vurub
18:03 06 İyun 2018
Dünən Qax rayonunda baş vermiş zəlzələ nəticəsində bir neçə məktəbə ziyan dəyib.
Bu barədə Femida.az-ın sorğusuna cavab olaraq Qax Rayon Təhsil Şöbəsindən məlumat verilib.
Bildirilib ki,Marsan kənd tam orta məktəbinə daha çox zərər dəyib. “Belə ki, məktəbin binasında əvvəlki zəlzələdə də iri çatlar əmələ gəldyindən tədris prosesində binanın bir hissəsindən istifadə olunmurdu. İndi digər hissələrdə də dərin çatlar əmələ gəlib. Rayonun Qaxbaş kənd 1 nömrəli tam orta, Fıstıqlı, Qaradolaq, Çinarlı kənd ümumi orta məktəblərində və Uşaq Gənclər İnkişaf Mərkəzinin binasının divarlarında xırda çatlar əmələ gəlib. Adı çəkilən bütün müəssisələrdə dərs prosesi davam edir”.
Femida.az
Oxunub: 1286
Oxşar xəbərlər
- Zəlzələ zonasında təhsil alan azərbaycanlı tələbələr Naxçıvana aparılır
- Zəlzələdən 5 saat sonra 12 yaşlı uşaq xilas edildi - Video
- Zəlzələnin nəticələrinin aradan qaldırılmasına həsr olunmuş toplantı keçirilib
- Zəlzələnin ziyan vurduğu evlərin yekun statistikası
- Zəlzələnin gətirdiyi psixoloji sarsıntı - Uşaqları necə qoruyaq?
- Zəlzələdən zərərçəkənlərə sığorta ödənişləri nə zaman veriləcək?
- Zəlzələ nəticəsində beyninə qan sızan kişidən xəbər var
- Zəlzələdə əmlakına zərər dəyənlər – ÖDƏNİŞ ALA BİLƏRSİZ
- Zəlzələ Şamaxını qazsız qoydu
- Zəlzələ Ağsuya nə qədər ziyan vurdu? - İcra başçısı açıqladı