Narkotik alveri edən Xudat sakini saxlanıldı - Foto
00:30 19 İyun 2018
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrinin satışında şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Femida.az-a verilən məlumata görə, iyunun 16-da daxil olmuş məlumat əsasında Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayonun Xudat şəhər sakini, əvvəllər məhkum olunmuş Aslan Abdullayev saxlanılıb. Onun üzərinə şəxsi baxış keçirilən zaman 0,165 qram heroin aşkar edilərək götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq hal şahidlərinin iştirakı ilə A.Abdullayevin evinə baxış zamanı oradan satış üçün hazırlanmış bir neçə bükümdə 0,869 qram heroin, 450 qram narkotik vasitə olan qurudulmuş marixuana və 11 ədəd dövriyyəsi məhdudlaşdırılmış narkotik tərkibli Metadon və Preqabalin həbləri aşkar edilərək götürülüb.
Faktlarla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırmalar aparılır.
Oxunub: 2331
Oxşar xəbərlər
- Narkotiki bankalara yığaraq zirzəmidə saxlayan şəxs saxlanılıb
- Narkotikin təsiri altında avtomobildə dönər ətləri daşıyan şəxs ifşa olunub
- Narkotik istifadəçiləri Bakının ən çox hansı rayonlarındadır? - SİYAHI
- Narkotikə görə saxlanılan vərəm xəstəsi vəfat edib
- Narkotikin təsir altında taksi fəaliyyəti göstərən şəxs saxlanılıb
- Narkotikin təsiri altında avtomobil sürən şəxs məsuliyyətə cəlb olunub
- Narkotik vasitənin təsiri altında sərnişin daşıyan Masallı sakini həbs edilib
- Narkotik maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb
- Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs həbs olunub
- Narkotik satmaq istəyən Ağdam sakini saxlanılıb