Ağcabədidə əleyhqazın hava təmizləyiciləri tapıldı - Foto


00:42     19 İyun 2018 18_06_18_1529337939.jpg

Ağcabədinin Avşar kəndində əleyhqazın hava təmizləyiciləri tapılıb.


Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Femida.az-a verilən məlumata görə, bu gün saat 13:42-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Ağcabədi rayonu, Avşar kəndi ərazisində 1 ədəd minanın tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əkin sahəsinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 80 ədəd əleyhqazın hava təmizləyici balonu aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əleyhqazın hava təmizləyicilərinin tapıldığı yerin ətrafında 1 000 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Açar sözlər:

Oxunub: 1765