Mingəçevirə gedən mikroavtobus aşıb - Ölən var


15:28     29 İyun 2018 2018/06/mikroavtobus-q_1530257435.jpg

Zaqataladan Mingəçevirə gedən mikroavtobus aşıb.



Femida.az-ın xəbərinə görə, hadisə saat 10 radələrində Yevlax-Zaqatala- Gürcüstan yolunun Qax rayonunun Tanqıt kəndindən keçən hissəsində qeydə alınıb.

İdarəetmədən çıxan mikroavtobus yolun kənarında ağaca çırpılıb. Nəticədə sürücü hadisə yerində ölüb. Mikroavtobusda olan sərnişinlərdən 9-u xəsarət alıb.

Xəsarət alanlar Qax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Femida.az

Açar sözlər: #Mingəçevir   #Qax   #mikroavtobus  

Oxunub: 1085