İraqda komendant saatı rejimi tətbiq edilib


13:03     15 İyul 2018 2018/07/22C26C05-BF61-4936-B254-522848BBE13B_1531630880.jpeg

İraq hökuməti ölkənin 4 cənub əyalətində komendant saatı rejimi tətbiq edib.

Femida.az xəbər Verir ki, buna səbəb kütləvi antihökumət etiraz aksiyaları olub.

Bundan əvvəl komendant saatı Nəcəf şəhərində elan edilib.

Məlumata görə, komendant saatı Nəcəf, Kərbəla, Maysan və Bəsrə əyalətlərində tətbiq olunub.

Qeyd edək ki, işsizlik və kommunal sahədəki acınacaqlı vəziyyətlə əlaqədar başlayan etiraz aksiyaları bir həftə əvvəl Bəsrə liman şəhərində start götürüb. Etirazçılardan birinin ölməsi vəziyyətin gərginləşməsinə səbəb olub.

Femida.az

Açar sözlər:

Oxunub: 440