Goranboyda yol qəzası - Sürücü ölüb


15:09     19 İyul 2018 Qeza2.jpg

Goranboyda avtomobilin maneəyə çırpılması nəticəsində sürücü ölüb.



Femida.az-ın məlumatına görə, hadisə rayonun Səfikürd kəndində baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü İlqar Əhmədov idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarında olan maneəyə çırpılıb. Qəza zamanı sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Goranboy   #Qəza  

Oxunub: 371