Vergilər Nazirliyinin departamenti məhkəməyə verildi


23:23     21 İyul 2018 1398947325_mehkeme.jpg

"Luxe Home" MTK Vergilər Nazirliyi (VN) yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentini məhkəməyə verib.

Femida.az xəbər verir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MTK əsassız hesablanmış vergi faizinin ləğv edilməsi və s. barədə tələb irəli sürüb.

Məhkəmə iddianı təmin edib.

Qərardan narazı qalan VN-nin departamenti apellyasiya şikayəti verib.

Şikayət Bakı Apellyasiya Məhkəməsində araşdırılır.

Qeyd edək ki, "Luxe Home" MTK Azərbaycanda tanınmış çoxmərtəbəli binaların tikintisi ilə məşğul olan şirkərlərdən biridir.

Femida.az

Açar sözlər:

Oxunub: 462