Almaniya qaçqınların üzünə qapı bağladı - RƏSMİ


22:35     03 Oktyabr 2015 merkel.jpg

Avstriyadan Almaniyaya gedən dəmir yolu səfərləri müvəqqəti olaraq dayandırıldı.


Femida.az Türkiyə mediasına istinadən xəbər verir ki, Almaniya hakimiyyəti ölkəyə daxil olan qaçqın axınının qarşısını almaq üçün Avstriyadan gələn dəmir yolu səfərlərini 12 oktyabr tarixinədək təxirə saldı.

Bu vaxta qədər suriyalı qaçqınlar Macarıstan, Xorvatiya sərhədlərindən Avstriya ərazisinə daxil olurdular. Buradan isə, qatar və digər vasitələrlə Almaniya ərazisinə keçirdilər.

Almaniya rəsmiləri son bir ayda Avstriya ərazisindən Almaniyaya 170 min qaçqın keçdiyini bildirirlər. Almaniya hakimiyyəti düşünür ki, bu yolla qaçqın axınının qarşısını almaq mümkün ola bilər.

Femida.az

Açar sözlər:

Oxunub: 1074