Köməksiz vəziyyətdə qalan şəxs xilas edilib


13:21     29 Avqust 2018 bagli%20qapi%20fhn35.jpg

Paytaxtda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib.


Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər giriş qapısının kilidinin sınması nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısının açılmasını təmin edib.

Əməliyyat başa çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 183