Telefon qutusundan marixuana çıxdı
22:17 31 Avqust 2018
Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Femida.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş 42 yaşlı Ülvi Fərzəliyev saxlanılıb.
RPŞ-nin əməkdaşları tərəfindən Ü.Fərzəliyev üzərinə keçirilən baxış zamanı onun əlindəki telefon qutusundan ümumi çəkisi 410 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.
Femida.az
Oxunub: 206
Oxşar xəbərlər
- Telefon naqili ilə işıq çəkdi, cəriməsi müəllimə yazıldı - “Azərişıq”dan ŞİKAYƏT
- Telefona görə dövlət qulluğu imtahanından qovuldu
- Telefonu danışmaq üçün aldı, götürüb qaçdı - FOTO
- Telefonun bəxş etdiyi xəstəliklər – Alimlər həyəcan təbili çalır
- Telefon oğrusu saxlanıldı
- Telefon qovşaqlarının adları dəyişdirilib
- Telefon cibində partladı - Bədəninin 30 faizi yandı
- Telefon danışıqlarını qeydə alan gizli proqram ortaya çıxdı - Ehtiyatlı olun
- Telefon oğrusu tutuldu, özü də axtarışda imiş
- Telefona görə özünü relslərin üstünə atdı - Bakı metrosunda olay