Telefon qovşaqlarının adları dəyişdirilib
13:27 30 Noyabr 2018
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında "Bakı Telefon Rabitəsi" MMC-nin strukturuna daxil olan telefon qovşaqları hazırda Rabitə Xidmətləri Mərkəzləri adı altında fəaliyyət göstərir.
Nazirlikdən Femida.az-a verilən məlumata görə, Yasamal Telefon Qovşağı – 1 saylı Rabitə Xidmətləri Mərkəzi, Xətai Telefon Qovşağı – 2 saylı Rabitə Xidmətləri Mərkəzi, Nizami Telefon Qovşağı – 3 saylı Rabitə Xidmətləri Mərkəzi, Sabunçu Telefon Qovşağı – 4 saylı Rabitə Xidmətləri Mərkəzi, Xəzər Telefon Qovşağı – 5 saylı Rabitə Xidmətləri Mərkəzi, Qaradağ Telefon Qovşağı – 6 saylı Rabitə Xidmətləri Mərkəzi kimi fəaliyyətini davam etdirir.
Xatırladaq ki, "Bakı Telefon Rabitəsi" ötən il iyulun 19-da “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin bazasında yaradılıb. Şirkət şəbəkəsinə daxil olan 200-dən çox böyük və kiçik tutumlu ATS-lər vasitəsi ilə Rabitə Xidmətləri Mərkəzlərində müxtəlif növ telekommunikasiya xidmətləri göstərir, eyni zamanda bu xidmətlər üzrə sənədləşdirməni və ödənişlərin qəbulunu həyata keçirir.
Femida.az
Oxunub: 708
Oxşar xəbərlər
- Telefon naqili ilə işıq çəkdi, cəriməsi müəllimə yazıldı - “Azərişıq”dan ŞİKAYƏT
- Telefona görə dövlət qulluğu imtahanından qovuldu
- Telefonu danışmaq üçün aldı, götürüb qaçdı - FOTO
- Telefonun bəxş etdiyi xəstəliklər – Alimlər həyəcan təbili çalır
- Telefon oğrusu saxlanıldı
- Telefon cibində partladı - Bədəninin 30 faizi yandı
- Telefon danışıqlarını qeydə alan gizli proqram ortaya çıxdı - Ehtiyatlı olun
- Telefon qutusundan marixuana çıxdı
- Telefon oğrusu tutuldu, özü də axtarışda imiş
- Telefona görə özünü relslərin üstünə atdı - Bakı metrosunda olay