Türkiyədə zəlzələ oldu - 5.2 bal


15:14     07 Oktyabr 2015 26179201.jpg

Türkiyənin Antalya bölgəsinin Demrə mahalında 5.2 bal gücündə zəlzələ baş verib.


Femida.az xəbər verir ki, Türkiyə Fövqəladə Hallar Nazirliyinin zəlzələ idarəsinin məlumatına görə, zəlzələ gecə, Türkiyə saatı ilə 00:27-də yerin 34.92 km dərinliyində meydana gəlib.

Zəlzələ Antalya ilə yanaşı Muğla və Sparta da hiss olunub.

Hadisə zamanı ölüm və ciddi dağıntı faktı qeydə alınmayıb.

Açar sözlər:

Oxunub: 934