İsmayıllıda sakinlə naməlum manyak əlbəyaxa oldu - VİDEO


14:46     12 Sentyabr 2018 18_09_12_1536734811.jpg

Uzun müddətdir, İsmayıllı rayonunda bir manyak rayon sakinlərini həyəcanda saxlayır.


Femida.az-ın rayon sakinlərindən aldığı məlumata görə, artıq bir ildir ki, gecələr onların həyətlərinə kimsə girir.

Həyətlərə girən şəxs paltar ipindən asılan qadın alt paltarlarını oğurlayır.

Sakinlərin bildirib ki, qadın alt paltarlarını oğurlayan manyakın boyu təxmini iki metrə yaxındır və üzərində kəsici-deşici alət gəzdirir.

Vətəndaşlar bununla bağlı polisə müraciət ediblər.

Femida.az xəbər verir ki,ötən gecə İsmayıllının Mican kəndində naməlum varlıqla vətəndaş üz-üzə gəlib.Əlbəyaxa dava zamanı kənd sakini xəsarət alıb.Hadisə baş verən yerin görüntüləri sosial şəbəkələrdə yayılıb.Həmin videonu təqdim edirik:



Açar sözlər: #İsmayıllı   #Manyak   #Video   #Polis   #hadisə   #vampir  

Oxunub: 1954