Polisi qətlə yetirənin məhkəməsi keçirilib


22:52     07 Oktyabr 2015 dbb94dcf-c606-45e5-b0a2-b233ff8a5433_292.jpg


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşını qətlə yetirməkdə təqsirləndirilən Ravil Nuruş oğlu İbayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Femida.az-ın xəbərinə görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs və şahidlər ifadə verib.

Məhkəmənin növbəti iclası oktyabrın 12-nə təyin edilib.
Qeyd edək ki, bu il aprelin 18-də Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində üzərində zorakılıq əlamətləri olan yanmış naməlum kişi meyiti aşkarlanıb. Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə aparılan intensiv araşdırmalar nəticəsində meyitin İmişli Rayon Polis Şöbəsinin polis nəfəri Kazımzadə Muxtar Qadir oğlu olması müəyyən olunub.
Araşdırmalar zamanı o da müəyyən edilib ki, M.Kazımzadə Xətai rayonunda yaşadığı mənzildə İmişli Rayon Polis Şöbəsində sürücü işləyən İbayev Ravil Nuruş oğlu tərəfindən tamah niyyəti ilə qətlə yetirilib və sonuncu cinayətin izini itirmək məqsədilə M.Kazımzadənin meyitini Xəzər rayonu ərazisinə apararaq yandırıb.
R.İbayev aprelin 18-də şübhəli şəxs qismində tutularaq dindirilərkən törətdiyi cinayəti tam etiraf edib.(Report)

Açar sözlər:

Oxunub: 832