İcazəsiz ov edən 2 nəfər saxlanıldı


11:29     21 Sentyabr 2018 qanunsuz%20ovcu.jpg

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Salyan rayonunun Kalmas adlanan ərazisində icazəsiz ova cəhd edən 2 nəfər saxlanılıb.


Nazirlikdən Femida.az-a verilən məlumata görə, araşdırma zamanı ova cəhd edənlərin Bəhreyn Krallığının və Pakistan İslam Respublikasının vətəndaşları Mohammed Ali Al-Marri və Faesal Shah olduğu məlum olub. Onlardan quş ovlamaq üçün ləvazimatlar götürülüb.

Təqsirkarların hər biri inzibati qaydada 2.000 manat məbləğində cərimə olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 1291