Astarada bir ailənin 4 üzvü qəzaya düşdü
11:16 26 Sentyabr 2018
Astara rayonunda bir ailənin 4 üzvü qəzaya düşüb.
Femida.az report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Astara rayonunun Ərçivan kəndi ərazisində baş verib.
Belə ki, sürücü 1984-cü il təvəllüdlü, Bakı şəhəri Nizami rayon sakini Şirinov Çingiz Cavanşir oğlunun idarə etdiyi "Kia Rio" markalı avtomobil "Mercedes" markalı avtomobillə toqquşub. Hadisə zamanı avtomobildə sürücünün ailə üzvləri də olub.
Qəza nəticəsində sərnişin, sürücünün atası olan 1956-cı il təvəllüdlü Şirinov Cavanşir Əli oğlu baş nahiyəsindən ciddi xəsarət alıb. Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralı Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 887
Oxşar xəbərlər
- Astarada qardaşını baltalayan qadının məhkəməsi başlayır
- Astarada minik və yük avtomobilləri toqquşub, ölən və yaralanan var
- Astarada toyda dava düşüb, xəsarət alan var
- Astarada polisi öldürmək istəyən şəxsə 17 il 7 ay həbs cəzası verilib
- Astarada yük avtomobili qəzaya uğrayıb, ölən və yaralanan var
- Astarada meşədə yanğın başlayıb
- Astarada şadlıq sarayının sahibi və toy təşkilatçısı cərimələnib
- Astarada su anbarında üç aylıq körpənin meyiti aşkarlanıb
- Astarada 5 uşaq atası intihar edib
- Astarada 20 yaşlı gənci avtomobil vurub