Çexiya prezidenti qaraçılarla bağlı vəziyyəti gərginləşdirir
20:37 06 Oktyabr 2018
Çexiyanın qaraçı icmasının üzvləri prezident Miloş Zemanın qaraçıların tüfeyli həyat sürməsi haqqında bəyanatına cavab olaraq Facebook sosial şəbəkəsində aksiya təşkil ediblər: onlar öz iş yerlərindən çəkilmiş fotoşəkilləri paylaşıblar. Lakin prezident Zeman bu aksiyadan sonra da öz bəyanatını geri götürməyib.
Ölkə başçısı vurğulayıb: "Belə adlandırılan sosial istisna rayonlarına səfərlərim nəticəsində mən bu nəticəyə gəldim ki, həmin regionlardakı qaraçıların 90 faizi işləmir. Bunu mənə həmin regionlardakı yerli administrasiyanın rəhbərləri və başqa nümayəndələri də bildirirdilər. Şadam ki, qalan 10 faizdən fotoşəkillər almışam və buna görə onlara təşəkkür edirəm".
Miloş Zeman bir qədər əvvəl Olomouts diyarına səfər edib. Prezident həmin səfər zamanı görüşlərində demişdi ki, sosializm illərində "qaraçılar işləməli idilər; onlar əsasən qazmaçı işləyirdilər, bu işdən imtina edənlər isə tüfeyli hesab edilir və barmaqlıq arxasına düşürdülər".
Çexiya başçısının bu sözləri qaraçı təşkilatlarını və hüquq müdafiəçilərini hiddətləndirib.
Femida.az
Oxunub: 546
Oxşar xəbərlər
- Çexiya Ukraynaya humanitar yardım üçün 14 milyon dollar ayıracaq
- Çexiyanın XİN başçısı İrəvana gedir
- Çexiyanın xarici işlər naziri Azərbaycana gəlir
- Çexiyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırılıb
- Çexiyanın keçmiş Baş Naziri İlham Əliyevə məktub ünvanlayıb
- Çexiyada təyyarə Elba çayına düşüb
- Çexiya ilə parlamentlərarası əlaqələr müzakirə olunub
- Çexiyanın Baş naziri cərimələnib
- Çexiyada mədənində partlayış - 5 nəfər ölüb
- Çexiyanın Azərbaycanda yeni səfiri təyin olundu