Dünən 27 nəfər saxlanılıb - DİN MƏLUMAT YAYDI


11:32     13 Oktyabr 2018 1356524159_polis1_922155415.jpg

Oktyabrın 12-dən 13-dək respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 106 cinayət faktı qeydə alınıb, onların da 18-i “isti izlər”lə açılıb.


Daxili İşlər Nazirliyindən Femida.az-a verilən xəbərə görə, əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 43 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 30 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 321