Suraxanıda daha 200 ağac əkilib


14:49     13 Oktyabr 2018 2018/10/1539418056478258977_1000x669_1539423872.jpg

Suraxanı rayonunun bütün qəsəbələrində ağacəkmə aksiyasının növbəti mərhələsi böyük ruh yüksəkliyi ilə davam etdirilib.



Suraxanı Rayon İcra Hakimiyyətindən Femida.az-a bildiriblər ki, bu qurumun təşkilatçılığı ilə növbəti ağacəkmə kampaniyası rayonun Əmircan qəsəbəsində Balandin küçəsinin, Bülbülə qəsəbəsində isə Səttar Bəhlulzadə küçəsinin kənarlarında keçirilib.

Aksiyada rayon icra hakimiyyətinin başçısı aparatının əməkdaşları, RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, qəsəbə bələdiyyələri, sənaye, səhiyyə müəssisələrinin, o cümlədən Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçiləri iştirak ediblər.

100 nəfərin iştirak etdiyi iməcilikdə müvafiq təmizləmə, abadlıq işləri görülüb, mövcud yaşıllığa qulluq edilib və 200-dən artıq ağac əkilib.

Mövsümün sonuna qədər rayonda ağacəkmə aksiyalarının davam etdirilməsi planlaşdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 500