AST Telmanın qardaşı oğlu 10 milyona azadlığa çıxır

AST Telmanın qardaşı oğlu 10 milyona azadlığa çıxır


19:10     15 Oktyabr 2018 18_10_15_1539607915.jpg

Moskva Şəhər Məhkəməsi müğənni Avraam Russonun oğurlanmasında təqsirli bilinərək iki ay müddətinə həbs edilmiş Çerkizov bazarının sabiq rəhbəri, azərbaycanlı milyarder Telman İsmayılovun qardaşı oğlu Zaur Mərdanovun 10 milyon rubl müqabilində zaminə buraxılması barədə qərar qəbul edib.


Femida.az "TASS"-a istinadən xəbər verir ki, bunu Z.Mərdanovun vəkili Aleksey Smirnov deyib. Onun sözlərinə görə, 10 milyon rubl ödənildikdən sonra Z.Mərdanov azadlığa çıxacaq.

Qeyd edək ki, Zaur Mərdanov bir qrup şəxs tərəfindən əvvəlcədən razılaşdırılmış insan həyatı və ya sağlamlığı üçün təhlükəli olan güc tətbiqi və ya belə bir zorakılıq təhdidi ilə (RF CM-nin 126-cı maddənin 2-ci hissəsi) törədilmiş oğurluq hadisəsi üzrə ittiham olunur.

Açar sözlər:

Oxunub: 215