Şaqqalara ayrılan jurnalistin cəsədi haradadır? - SENSASİON AÇIQLAMA+VİDEO


12:52     20 Oktyabr 2018 18_10_20_1540025731.jpg

Türkiyədə konsulluğun binasında öldürülən Səudiyyəli jurnalist Camal Qaşıqçının meyitinin harada olması dünya mediasını düşündürən əsas suallardandır.


Femida.az xəbər verir ki,bununla bağlı sosial şəbəkələrdə ingilis dilində #WhereIsTheBody (Camal Qaşıqçının cəsədi haradadır?) haştaqı yaradılıb. Minlərlə insanın paylaşım edildiyi bu haştaqda maraqlı iddialar öz əksini tapıb. Reuters agentliyinin yaydığı məlumata görə, Kral ailəsinə yaxın mənbənin verdiyi açıqlamada meyitin harada olması barədə məlumatlarının olmadığı qeyd olunub.





Reutersin iddiasına görə, Camal Qaşıqçının meyiti yerli şəxslərdən birinə təhvil verilib. Agentliyin bu iddiası hələlik rəsmi şəkildə təsdiqini tapmayıb.

Mətbuat isə jurnalistin cəsədinin parçalara ayrılaraq meşələrə atıldığını yazır.Bu xəbərdən sonra Türkiyə polisi İstanbulun Belqrad meşəliyində səudiyyə ərəbistanılı müxalif jurnalist, “Vaşinqton post” qəzetinin itkin düşən əməkdaşı Camal Qaşıqçının meyitinin axtarışlarını həyata keçiriblər.

Təhlükəsizlik kameraları jurnalistin Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna getdiyi və orada itkin düşdüyü gün konsulluqdan çıxan avtomobillərin həmin istiqamətdə hərəkət etdiklərini qeydə alıb.

Meşəyə gələn kriminalistlər bütün kamera qeydlərini toplayaraq, axtarış aparıb. Bu qeydlər tam araşdırıldıqdan sonra polisin müəyyən bir ehtimal üzərində dayanacağı gözlənilir.



Miri Məcidli
Femida.az

Açar sözlər: #Kaşıkçı   #Səudi   #Qətl   #Video  

Oxunub: 6010