Qaşıqçı cinayətində ŞOK İDDİA:Cəsədi ona görə dəfn etmədilər ki… - VİDEO
14:26 02 Noyabr 2018
Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda yoxa çıxan səudiyyəli jurnalist Camal Qaşıqçı barədə daha bir iddia ABŞ-ın “Vaşinqton Post” qəzetindən gəlib.
Femida.az xəbər verir ki, nəşrə danışan yüksək vəzifəli bir türk səlahiyyətli konsulluqda öldürülən jurnalistin parçalara ayrılan cəsədinin asit turşusunda əridilmə ehtimalının qiymətləndirildiyini bildirib.
Xəbərdə adı gizli saxlanılan səlahiyyətlinin sözlərinə görə, axtarışlar və araşdırmalar zamanı əldə edilən dəlillər də bu tezisi gücləndirir.
“Qaşıqçının cəsədinin dəfn edilməsinə ehtiyac olmadı”, - səlahiyyətli deyib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının rəsmi orqanları Qaşıqçının konsuluq binasında öldürüldüyünü etiraf etsələr də, cəsədin harada olduğunu bilmədiklərini söylədilər. Bu isə, cəsədin əridildiyi barədə iddiaları gücləndirir. “Vaşinqton Post”a danışan türk səlahiyyətli isə istintaqı aparan qrupların “yerli işbirlikçi” iddiasını qəbul etmədiklərini vurğulayıb.
Qəzetə danışan ikinci bir türk səlahiyyətli də Səudiyyə Ərəbistanının Baş prokuroru Səud əl-Muacibin türk həmkarlarına Qaşıqçının cəsədinə harada olduğuna dair heç bir detal vermədiyini bildirib.
Xatırladaq ki, oktyabrın 31-də İstanbul Respublika Baş prokurorluğu Qaşıqçı cinayəti ilə bağlı rəsmi açıqlama yayıb. Açıqlamada bildirilir ki, əvvəlcədən hazırlanan plana uyğun olaraq, jurnalist boğularaq öldürülüb, daha sonra isə cəsədi parçalara bölünərək yox edilib.
Bildirilib ki, gerçəyin ortaya çıxarılması üçün Türkiyə tərəfindən göstərilən bütün yaxşı niyyətlərə baxmayaraq, İstanbula səfər edən Səud əl-Muaciblə görüşlərdən konkret nəticə əldə etmək mümkün olmayıb. Açıqlamaya görə, cinayətdə şübhəli bilinən şəxslərin Türkiyədə mühakimə olunması barədə Ankaranın tələbi Səud əl-Muaciblə görüşlərdə təkrarlanıb.
Qeyd edək ki, Qaşıqçının öldürülməsi ilə bağlı indiyə kimi müxtəlif versiyalar irəli sürülmüşdü.
Oxunub: 1531
Oxşar xəbərlər
- Kaşıkçı qətlinin səs yazısı yayıldı: İlk dəfədir, cəsədi yerdə kəsirəm
- Kaşıkçı cinayəti ilə bağlı sensasion XƏBƏR:İki casus saxlanılıb (VİDEO)
- BMT Səudiyyə şahzadəsini Kaşıkçının qətlində şübhəli bilir
- Camal Kaşıkçının “WhatsApp” yazışmaları üzə çıxdı
- Qaşıqçını belə parçaladılar - ŞOK GÖRÜNTÜLƏR
- Qaşıqçının ölüm əmrini o verib - Ad açıqlandı
- ABŞ Kaşıkçının qətli ilə bağlı sanksiyalar tətbiq etdi
- Rəsmən təsdiqləndi: Qaşıqçı hissələrə ayrılıb + HADİSƏ YERİNDƏN İLK VİDEO
- Camal Qaşıqçı sobada yandırılıb? - Dəhşətli faktlar +VİDEO
- Qaşıqçının nişanlısı canlı yayımda gizlinləri açdı:" Telefonu mənə verib..." +VİDEO