Türkiyə Rusiya qırıcısını vurub?


20:10     11 Oktyabr 2015 turkiye-suriye-vurdu.jpg


Rusiyaya aid “MİQ-29″ döyüş təyyarəsinin Suriya-Türkiyə sərhədlərini pozandan sonra Türkiyə qırıcıları tərəfindən vurulmasına dair məlumat yayılıb.

Britaniyanın “Express” saytı xəbər verir ki, bu barədə Suriyada çalışan bir neçə jurnalist sosial şəbəkələrdə yazıblar.

Bildirilir ki, Huraytan bölgəsində hərbi-hava əməliyyatı həyata keçirən Rusiya təyyarəsi Türkiyə səmasına keçdikdən sonra vurulub. Şahidlər havada partlayış gördüklərini iddia edirlər.

Rusiya və Türkiyə SQ-nə yönəldilən sorğu hələ cavablandırılmayıb.

Bəzi KİV-lər isə, vurulan "MİQ-29"-un Suriyaya məxsus ola biləcəyini istisna etmirlər: "Əlbəttə, əgər həqiqətən də vurulubsa".

Açar sözlər:

Oxunub: 700