Dünən 104 cinayət törədilib - 25 nəfər tutulub
10:28 07 Noyabr 2018
Noyabrın 6-dan 7-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.
Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 104 cinayət faktı qeydə alınıb, onların da 15-i “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 15 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 22 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.
Femida.az
Oxunub: 238
Oxşar xəbərlər
- Dünən Azərbaycanda 44 yanğın olub - Evdə qalan 5 nəfər isə...
- Dünən 30 COVID-19 xəstəsinə cinayət işi başlanılıb
- Dünən 32 koronavirus xəstəsinə cinayət işi başlanılıb
- Dünən yollarda karantini pozan 1 822 nəfər cərimələndi
- Dünən 40 nəfər şübhəli şəxs saxlanılıb - Cinayətə görə
- Dünən 24 cinayətin üstü açılıb
- Dünən 3 nəfər yol qəzasında ölüb - RƏSMİ
- Dünən 24 nəfər şübhəli şəxs saxlanılıb - Cinayətə görə
- Dünən 30 nəfər şübhəli şəxs saxlanılıb - Cinayətə görə
- Dünən 19 nəfər şübhəli şəxs saxlanılıb - Cinayətə görə