Gömrükçülər külli miqdarda pirotexniki vasitə aşkarladı


10:59     27 Noyabr 2018 2018/11/gomruk-pirotexniki_1543302341.jpg

Bakı Baş Gömrük İdarəsinin əməkdaşları qaçaqmalçılıq yolu ilə gətirilmiş mülki dövriyyəsi məhdudlaşdırılan, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən yaylım fişənglərinin, pirotexniki və tezalışan malların realizə edilməsinin qarşısını alıblar.



Dövlət Gömrük Komitəsindən Femida.az-a verilən məlumata görə, Baş idarənin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "İVECO OTOYOL" markalı yük avtomobili Bakı şəhəri Qaradağ rayonu ərazisində saxlanılıb. Nəqliyyat vasitəsinə baxış zamanı, ümumilikdə 150 225 ədəd müxtəlif növ petarda və 512 ədəd yaylım fişəngi aşkarlanıb.


Femida.az

Açar sözlər:

Oxunub: 335