İŞİD ABŞ-ın müttəfiqinə zərbə endirdi


17:55     21 Dekabr 2018 18_12_21_1545398973.jpg

İŞİD terror qruplaşması ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın dəstəklədiyi Suriya Demokratik Qüvvələrinə zərbələr endirib.


Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, əsasən silahlı kürdlərdən ibarət Suriya Demokratik Qüvvələrinin sözçüsü Mustafa Bali bildirib ki, İŞİD terrorçuları onların Suriyanın cənub-şərqində yerləşən Hacin rayonundakı mövqelərinə hücum edib.

“İŞİD hazırda bizə qarşı irimiqyaslı hücuma keçib və ağır qarşıdurma yaşanır. Hacin rayonunun yalnız 35 faizi bizim qüvvələrimiz tərəfindən azad edilib” - Mustafa Bali bəyan edib.

Açar sözlər:

Oxunub: 384