Azərbaycanlıların olduğu gəmi batıb, 6 nəfər ölüb - Hadisə yerindən VİDEO


16:27     07 Yanvar 2019 2019/01/08_20-1546855405_1546864064.jpg

Xəbər verdiyimiz kimi, Türkiyənin Samsun vilayətinin sahilində içərisində azərbaycanlıların da olduğu gəmi batıb.


Azərbaycanın Türkiyədəki Səfirliyindən Femida.az -a bildirilib ki, məsələ diqqət mərkəzindədir. Qeyd olunub ki, ən qısa zamanda gəmidə olan azərbaycanlılarla bağlı səfirliyə ətraflı məlumat veriləcək.




Türkiyənin Samsun vilayətinin sahilində yük gəmisinin batması nəticəsində 6 nəfər ölüb.

Bu barədə Samsun vilayətinin valisi Osman Kaymak deyib. Onun sözlərinə görə, heyət üzvlərindən 7 nəfəri xilas edilib.
Osman Kaymak bildirib ki, ekipajın digər üzvlərinin öldüyü ehtimal edilir: "Hazırda iki nəfərin meyiti tapılıb. Digər şəxslərin axtarışları davam edir".

Qeyd edək ki, gəmidə ümumilikdə 13 ekipaj üzvü olub. Onlardan 9-u Ukrayna, 2-si Azərbaycan və 2-si də Rusiya vətəndaşlarıdır.



Açar sözlər:

Oxunub: 2490