İlin sonunadək bütün avtobuslar “BakıKart”a keçəcək
19:28 22 Yanvar 2019
2019-cu ilin sonunadək bütün avtobusların “BakıKart” sisteminə inteqrasiyası yekunlaşacaq.
Femida.az Modern.az-a istinadən məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Vüsal Kərimli bu gün keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, bununla bağlı müvafiq tapşırıqlar verilib: “Həmçinin ilin sonuna kimi “Bakıkart” ödəmə kartının balansının onlayn artırılması, bir sərnişinin bir gündə “Bakıkart”dan nə qədər istifadə etdiyi bilinəcək.
Bundan başqa, avtobus sürücülərinin özləri də kartla təmin ediləcək. Bu çox çətin prosesdir. Hazırda bununla bağlı bir şirkətlə danışıqlar aparılır. Razılıq əldə ediləndən sonra bu sistemin tətbiqinə başlanacaq və ilin sonuna qədər yekunlaşacaq”.
Oxunub: 500
Oxşar xəbərlər
- İlin sonuncu Günəş tutulması hadisəsi başlayıb
- İlin sonuna DOST mərkəzlərinin sayı 7-ə çatacaq
- İlin ikinci Günəş tutulması başlayıb
- İlin sonuna qədər BTQ-ilə 20 min ton yük göndərilməsi gözlənilir
- İlin ilk 6 ayındakı cinayətlərin STATİSTİKASI
- İlin ilk beş ayında Azərbaycanda 47 mindən çox uçaq doğulub
- İlin ilk dörd ayında 4,3 min ailə boşanıb
- İlin birinci rübündə ölkədə 29 minə yaxın yaxın uşaq doğulub, 16 min nəfər ölüb
- İlin ilk üç ayında 4 minə yaxın ailə boşanıb - RƏSMİ
- İlin sonunadək mənzillə təmin olunacaq məcburi köçkünlərin sayını açıqlanıb