Avropa İttifaqının komissarının Azərbaycana səfəri başlayıb
16:14 08 Aprel 2015
Avropa İttifaqının (Aİ) Avropa qonşuluğu siyasəti və genişlənmə üzrə komissarı Yohannes Han Azərbaycanda səfərdədir.
Femida.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) Bakıdakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, aprelin 7-si axşam saatlarında Bakıya gələn diplomatın səfəri aprelin 9-dək davam edəcək.
Azərbaycanda keçiriləcək görüşlər zamanı Avropa Qonşuluq Siyasəti İcmalı üzrə davam edən məsləhətləşmələr, “Şərq tərəfdaşlığı” üzrə Riqa sammiti və Azərbaycanla Avropa İttifaqı arasında ikitərəfli münasibətlər ətrafında müzakirələr aparılacaq.
Xatırladaq ki, bu, Yohannes Hanın Avropa İttifaqının Avropa qonşuluğu siyasəti və genişlənmə üzrə komissarı vəzifəsinə təyin olunmasından sonra Bakıya ilk səfəridir.
Femida.az
Oxunub: 1905
Oxşar xəbərlər
- Avropa çempionunun məhkəməsi başlayıb
- Avropa çempionumuz soyğunçuluqda ittiham edilir
- Avropanın 117 yaşlı sakini öldü
- Avropa İttifaqının nümayəndəsi Bakıya gəlir
- Avropaya getmək istəyən 3 min nəfər dənizdə batıb
- Avropa Gənclər Olimpiya Festivalı Bakıda keçiriləcək
- Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü tanıyır - BƏYANNAMƏ
- Avropa İttifaqı Ermənistanı `qara siyahı`ya sala bilər
- Avropa Məhkəməsindən Ermənistan əleyhinə daha bir qərar
- Avropa Məhkəməsi “Çıraqovların işi”ni niyə ləngidir?