Türkiyə yenə şəhid verdi


13:40     30 May 2016 620_340_turkiye-40-gunde-42-sehit-verdi-800x436.71497584541066_55d0332472217.jpg

Türkiyənin Şırnaq vilayətinin Uludərə rayonunda PKK terrorçuları ilə atışmada 1 əsgər həlak olub.


Femida.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, axşam saatlarında bir qrup terrorçu rayonun Şimali İraqla sərhədindəki əraziləri atəşə tutub. Hücuma cavab verən təhlükəsizlik güvvələrİ ilə PKK-çılar arasında baş verən atışma zamanı 1 əsgər ağır yaralanıb.

Helikopterlə Şirnaq xəstəxanasına çatdırılan əsgərin həyatını xilas etmək mümkün olmayıb. Əsgərin həlak olduğu atışmadan sonra bölgədə genişmiqyaslı əməliyyata başlanılıb.

Açar sözlər:

Oxunub: 969