Sərxoş kişi pilləkəndən yıxılıb öldü


16:11     21 Sentyabr 2016 pillekan%20serxos.jpg

Sərxoş vəziyyətdə evinə getmək istəyən şəxs pilləkəndən yıxılaraq ölüb.


Femida.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, hadisə sentyabrın 19-da Xəzər rayonunun Binə qəsəbəsində qeydə alınıb. Orada yaşayan Vaqif Ağayev sərxoş vəziyyətdə mənzilinə qalxarkən pilləkəndən yıxılıb.

Kəllə-beyin xəsarəti ilə xəstəxanaya gətirilən V.Ağayev sentyabrın 20-də orada ölüb.

Femida.az

Açar sözlər:

Oxunub: 1538