I sinfə qəbul davam edir
17:43 29 Sentyabr 2016
I sinfə qəbul olunmaqda gecikən uşaqlar üçün qeydiyyat oktyabrın 15-nə kimi Bakı Şəhəri üzrə Təhsil İdarəsində aparılır.
Femida.az xəbər verir ki, tədris ili başladıqdan sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsinə I sinfə qəbulla bağlı valideynlər (və ya qanuni nümayəndələr) tərəfindən 410 müraciət daxil olub.
29 sentyabr 2016-cı il tarixinə olan məlumata əsasən, I sinfə qəbul üçün mektebeqebul.edu.az saytı vasitəsilə qeydiyyatdan keçirilən uşaqların 36354 nəfəri Azərbaycan bölməsi, 7952 nəfəri rus bölməsində təhsil alır. I sinifdə təhsil alan şagirdlərdən 41487 nəfəri 6 yaşı tamam olan, 2818 nəfəri isə 6 yaşı tamam olmayanlardır.
Lisey və gimnaziyaların I siniflərinə isə 2497 nəfər şagird qəbul olub. Onlardan 2156 nəfəri 6 yaşı tamam olan, 341 nəfəri 6 yaşı tamam olmayanlardır.
Femida.az
Oxunub: 1156
Oxşar xəbərlər
- İşsizlərə ŞAD XƏBƏR!
- İkimərtəbəli ev yanıb
- İmişlidə azyaşlı qız faciəvi şəkildə öldü
- İranda ibtidai siniflərdə ingilis dili qadağan olundu - VİDEO
- İki qardaş birləşib narkotik əkdi - Salyanda
- İranda iğtişaşlar zamanı saxlanılanlar sərbəst buraxılır
- İranın sabiq prezidenti həbs edildi - İddia
- İranda zəlzələ - 20 nəfər xəsarət alıb
- İlham Əliyev yol tikintisi ilə bağlı sərəncam imzaladı
- İtkin düşən alpinistlərə görə cinayət işi açıldı - RƏSMİ