Türkiyə `Mavi Mərmərə` ilə bağlı məhkəmə işlərinə xitam verir


23:58     02 Dekabr 2016 25f427f9-c802-4c51-aaba-3f7509fc4013.jpg

Türkiyə prokurorluğu İstanbul Məhkəməsindən “Mavi Mərmərə” gəmisi ilə bağlı bütün məhkəmə işlərinə xitam verilməsini istəyib.


Femida.az Türkiyə mətbuatına istinadən bildirir ki, Türkiyə ilə İsrail arasında razılaşma buna əsas olaraq göstərilib.

Xatırladaq ki, iki dövlət arasında münasibətlər 2010-cu il mayın 31-də kəsilib. Həmin dövrdə Fələstinin Qəzza bölgəsinə humanitar yardım aparan Türkiyənin "Mavi Mərmərə" gəmisinə İsrail hərbçiləri basqın edib. Nəticədə Türkiyənin 9 vətəndaşı öldürülüb.

Bu il iyunun 29-da İsrail hökuməti Türkiyə ilə normallaşma razılaşmasını təsdiqləyib. İsrail dövləti baş verən hadisə ilə bağlı Türkiyədən üzr istəyib. Bu il avqustun 20-də isə Türkiyə parlamenti rəsmi Ankara və Təl-Əviv arasında münasibətlərin normallaşdırılması ilə bağlı razılaşma sənədini təsdiqləyib. Sənədə əsasən, İsrail Türkiyəyə 25 gün ərzində 20 milyon dollar məbləğində təzminat ödəyəcək. Anlaşmaya görə, İsrail hərbçiləri hüquq və cəza məsuliyyətindən azad ediləcəklər. Eyni zamanda, İsrail Fələstinə humanitar yardımın göndərilməsi ilə bağlı tətbiq etdiyi embarqonu yumşaldacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 1117