Ukraynada deputat yol qəzasında ölüb


13:20     25 Fevral 2017 285476.jpg

Ukraynanın Dnepropetrovsk şəhərində ağır yol qəzası baş verib.


Femida.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, idarəetməni itirən “Mazda “ markalı avtomobil hasara çırpılıb.

Hadisə nəticəsində sürücü, Dnepropetrovsk Vilayət Sovetinin Radikal Partiyasından olan deputatı Sergey Lyaşşenko ölüb, onun sərnişini ağır yaralanaraq xəstəxanaya çatdırılıb.

Qəza ilə əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1173