12 yaşlı oğlan çayda boğulub


21:46     25 Fevral 2017 bogulub.jpg

Biləsuvarın 12 yaşlı sakini çaya düşərək boğulub.


Femida.az -ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə şəhərin mərkəzindən keçən Balharı çayında qeydə alınıb. Biləsuvar rayon Polis Şöbəsindən bildirilib ki, 2005-ci il təvəllüdlü Elçin Asif oğlu Mehtiyev həyətində velosipedlə oynayarkən çaya düşərək boğulub.

Faktla bağlı Biləsuvar Rayon Prokrorluğunda araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 2095