Cəlilabadda torpaq sürüşməsi - Vəziyyət daha da təhlükəlidir


15:10     22 Mart 2017 samahi_yolu_surushme_050416_060.jpg

Cəlilabad rayonunda sürüşmə sahələrində yenidən aktivləşmə müşahidə olunur.


Femida.az Apa-ya istinadən verdiyi məlumata görə, daha çox aktivlik Zəhmətabad kəndində qeydə alınıb, böyük torpaq laylarının dərəyə sürüşməsi nəticəsində çökəklik yaranıb.

Yüksək ərazidə vəziyyətin daha da təhlükəli olduğu bildirilir.

Sürüşmə nəticəsində Cəlilabad-Yardımlı avtomobil yolunda hərəkət üçün çətinliklər yaranıb.

Yolda avtomobillərin hərəkətində problem yaranmaması üçün tədbirlər görülür.

Femida.az

Açar sözlər:

Oxunub: 629