Saxta pulla alış-veriş edən şəxslər ələ keçdilər


19:56     23 Mart 2017 cinayet%20tutul%20azadliq%20ogur29.jpg

Gəncə sakinlərindən saxta əskinaslar götürülüb.

Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, martın 21-də Şəmkir şəhəri 20 Yanvar küçəsində şəhər sakini Anar Məmmədova məxsus mağazaya gəlmiş Gəncə şəhər sakinləri Rufan Ələkbərov və Cəlil Allahyarov sərinləşdirici içki alıb, ödəniş olaraq 20 manat pul veriblər.

Pulun saxta olduğunu və həmin şəxslərin qaçdığını görən mağaza sahibi səs-küy saldığından, R.Ələkbərov və C.Allahyarov həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutulublar.

Onlardan 9 ədəd 20 manatlıq saxta əskinas və 1 ədəd bıçaq götürülüb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 836