Ermənistanda rusiyalı hərbçi öldürüldü - VİDEO


00:02     23 Aprel 2017 erm1.JPG

Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazasının əsgərinin meyiti aşkarlanıb.


Femida.az-ın erməni KİV-nə istinadən verdiyi məlumata görə, meyit şəhərdə yerləşən hərbi bazanın yaxınlığındakı mağazanın qarşısında aşkarlanıb. Məlumata görə, meyitin üzərində kəsilmiş-deşilmiş xəsarətlərin olduğu müəyyənləşdirilib.

Hadisənin səbəbləri və təfərrüatları müəyyənləşdirilir.



Femida.az

Açar sözlər:

Oxunub: 15491