Alman deputatlar Türkiyəyə niyə gəlmədi?
03:05 24 May 2017
Almaniya Bundestaqının bir qrup deputatı Türkiyəyə planlaşdırılan səfəri ləğv edib.
“RİA Novosti”nin yaydığı xəbərə görə, bu barədə alman mətbuatı məlumat yayıb.
Qeyd edək ki, Bundestaqın vitse-prezidenti Klaudiya Rot (“Yaşıllar Partiyası”) və daha üç deputat 25-28 may tarixlərində Ankara, Diyarbəkir və İstanbula səfər etməyi planlaşdırıblarmış.
Səfər çərçivəsində Türkiyə XİN nümayəndələri, parlament rəhbərliyi və deputatlarla görüşlər nəzərdə tutulmuşdu.
“İncirlik” aviabazasına baş çəkmək deputatlar planlarına daxil olmayıb.
Qərarın səbəbləri açıqlanmır. Səbəbləri Klaudiya Rot mayın 24-də açıqlayacağını bildirib.
Rəsmi Ankara bundan əvvəl alman deputatların “İncirlik” aviabazasına səfərinin mümkünsüz olduğunu bəyan etmişdi.
Femida.az
Oxunub: 839
Oxşar xəbərlər
- Almaniyada supermarketdə atışma - Yaralanan var
- Almaniyada hökumət buraxılıb
- Almaniyalı alim Tərcümə Mərkəzində olub
- Almaniya Azərbaycanın ərazi bütövlüyünü tanıyır - Səfir
- Almanlar yeni kanslerini seçir
- Alman deputatlar Bakıya gələcək
- Alman mətbuatı `Qarabağ`dan yazdı
- Almaniyada təyyarə qəzaya uğradı
- Almaniyada gecə klubuna silahlı basqın
- Almaniya ilə Türkiyə arasındakı buzlar əriyir