Türkiyədə 191 terrorçu zərərsizləşdirilib


22:17     21 İyun 2017 polis%20turkiye116.jpg

Türkiyə daxilində 22 mayıs-19 iyun tarixlərində terror təşkilatlarına qarşı keçirilən əməliyyatlarda zərərsizləşdirilən terrorçuların sayı açıqlanıb.


Bu barədə Türkiyə Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumatlara görə, PKK terror təşkilatına qarşı 2 min 315 əməliyyat keçirilib.

Terror təşkilatlarına qarşı keçirilən əməliyyatlarda 125-i ölü, 21-i sağ və 45-i təslim olmaq üzrə ümumilikdə 191 terrorçu zərərsizləşdirilib. Antiterror əməliyyatlarının ölkə daxilində fasiləsiz davam etdiyi bildirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 611