Türkiyə 3 şəhid verdi


00:59     28 İyun 2017 1440398928_sehid-turk.jpg

İyunun 27-də Türkiyənin Üs bölgəsində PKK terrorçuları hərbi avtomobilə hücum ediblər. Hadisə nəticəsində 3 əsgər şəhid olub.


"Anadolu" agentliyinin məlumatına görə, terrorçuların hücum etdiyi hərbi avtomobil Şırnak bölgəsində yerləşən Milli Jandarm Qüvvələrinin komando taboruna yemək aparırmış. Hücum zamanı yaralanan digər 3 əsgər isə Şırnak Dövlət Xəstəxanasına yerləşdirilib.

Terrorçuların tutulması üçün bölgədə geniş əməliyyat aparılır.

Açar sözlər:

Oxunub: 3326