Çexiya dövlət katibi Azərbaycana gəldi


17:22     14 Avqust 2017 XIN0.jpg

Azərbaycan xarici işlər nazirinin müavini Nadir Hüseynov Çex Respublikası Xarici İşlər Nazirliyinin dövlət katibi Petr Qayduşeki qəbul edilib.


XİN-dən Femida.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin hazırkı vəziyyətinə nəzər salınıb, əməkdaşlığın cari səviyyəsindən məmnunluq ifadə olunub. Tərəflər Azərbaycan və Çexiya qanunvericiliyi, xüsusən də diplomatik xidmət haqqında qanunun müddəaları ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə dövlət qulluğu, habelə diplomatların təhsil və ixtisasartırma məsələləri, iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları da müzakirə olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 907