Sabiq prezidentlər Bakıda toplaşacaq
19:43 18 Avqust 2017
21-24 avqust tarixində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək Qlobal Gənc Liderlər Forumunda iştirak etmək üçün bir neçə ölkənin sabiq prezidentləri, baş nazirləri, nüfuzlu ictimai və dövlət xadimləri Bakıya gələcək.
Diasporla İş üzrə Dövlət Komitəsindən Femida.az-a veriln məlumata görə,Bolqarıstan Respublikasının sabiq Prezidenti Rosen Plevneliev, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç, Latviyanın sabiq Prezidenti Valdis Zatlers, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumdziya, İsrailin sabiq Prezidenti Dalia İtzik, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Dünya Bankının sabiq vitse-prezidenti İsmayıl Seragəldin, Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin forumda iştirak edəcək. Foruma bir sıra digər nüfuzlu ictimai xadimlər, habelə iri korporasiyaların rəhbərlərindən ibarət 20-yə yaxın ali səviyyəli qonaq da dəvət olunub.
Toplantı çərçivəasində keçirilən panel iclasları və qrup müzakirələrində gənc liderlər böyük siyasi təcrübəyə malik sabiq dövlət başçıları ilə interaktiv dialoq şəklində müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparacaqlar. Sabiq dövlət və hökumət başçıları, təcrübəli ictimai-siyasi xadimlər öz təcrübələrini gənclərlə bölüşəcək, eləcə də dünyanı narahat edən qlobal problemlərlə bağlı tövsiyə və təkliflərini diqqətə çatdıracaqlar. Eyni zamanda, gənclərin müasir dünyada baş verən proseslər, beynəlxalq münasibətlər, regional problemlər və digə mövzularla bağlı fikirlərini dinləyəcək, suallarını cavablandıracaqlar.
Qeyd edək ki, Foruma dünyanın 80-ə yaxın aparıcı gənc lider və tədqiqatçısının, dünyanın nüfuzlu ali təhsil ocaqlarının nümayəndələrinin, habelə bir sıra gənc iş adamlarının da qatılması gözlənilir.
Femida.az
Oxunub: 709
Oxşar xəbərlər
- Sabiq vitse-prezidentə 63 il həbs cəzası verildi
- Sabiq baş nazirin oğlu evində ölü tapılıb
- Sabiq deputat vəfat etdi
- Sabiq polis rəisi: Bakı küçələrində elə adamlar dilənir ki, villaları var
- Sabiq deputatın oğlu yeni vəkilindən imtina etdi
- Sabiq deputatın oğlunun məhkəməsi başladı
- Sabiq polis mayoru bağ evində narkotik yetişdirirdi
- Sabiq deputat vəfat edib
- Sabiq rektorun evini qarət edən şəxslərə hökm oxundu
- Sabiq deputatın oğlu MƏHKƏMƏ QARŞISINDA