Ermənistanda iki nazirlik ləğv edilir


14:48     14 Oktyabr 2017 ermenistan%20xin.jpg

Ermənistanda iki nazirlik, bir dövlət qurumu ləğv edilir.


Femida.az AzVision.az-a istinadən xəbər verir ki, 2018-ci il üçün gözlənilən dəyişikliklərdən öncə struktur islahatları gündəmə gəlib. Məqsəd qurumların birləşdirilərək ortaq maliyyə modelinin yaradılması, nəticə etibarı ilə xərclərin azaldılmasıdır.

Məlumatlara görə, Ermənistan Fövqəladə Hallar Nazirliyi, Ərazi İdarəetmə Nazirliyi və Polis xidmətinin birləşdirilərək bir qurumda toplanması müzakirə edilir. Qurumların birləşdiriləcəyi halında polis yeni “Polis Qvardiyası” adını daşıyacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 484