Avropa İttifaqının Azərbaycandakı səfirinin maşını qəzaya düşüb


21:27     19 Oktyabr 2017 1435647762_baki-quba-yolunda-avtomobil-qezasi-bash-verib.jpg

Avropa İttifaqın Azərbaycankı Nümayəndəliyinə məxsus avtomobil qəzaya düşüb.


Femida.az -ın APA-ya istinadən məlumatına görə, hadisə Bakının Yasamal rayonu ərazisində qeydə alınıb.

Avropa İttifaqının Bakıdakı Nümayəndəliyinə məxsus, Fuad Abbasovun idarə etdiyi “Audi” markalı, 050 D 001 dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhər sakini Afiqə Abbasovanın idarə etdiyi “Nissan” markalı maşınla toqquşub.

Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki maşına ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 547