Mağazadan oğurluq edən dəstə tutuldu
11:28 08 Fevral 2019
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə mağazalardan oğurluq edən rayon sakinləri saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Femida.az-a verilən məlumata görə, Biləsuvar rayon sakini A. Bayramov “102 xidməti-zəng mərkəzi”nə müraciət edərək rayonun İsmətli kəndində yerləşən ona məxsus mağazadan 625 manat dəyərində tütün məmulatlarının və 25 manat pulun oğurlandığını bildirib.
Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş S.Əlizadə və 2 yeniyetmə saxlanılıb, bir nəfərin isə şəxsiyyəti müəyyənləşdirilib. Aparılan araşdırmalarla onların digər oğurluq əməllərinin də üstü açılıb.
Belə ki, saxlanılan şəxslərin rayonun Xırmandalı kəndində yerləşən mağazalardan birindən 670 manat dəyərində tütün məmulatları və 60 manat pulu, Nərimankənd kəndində yerləşən mağazadan isə 30 manat pulu və müxtəlif növ tütün məmulatlarını oğurladıqları müəyyən edilib. Oğurladıqları tütün məmulatlarının bir qismi onlardan maddi sübut kimi götürülüb. Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 383
Oxşar xəbərlər
- Mağazadan 4 500 manat oğurlandı
- Mağazadan oğurluq edən şəxs tutuldu
- Mağazadan 6 min manat pul oğurladılar
- Mağazadan araq və siqaret oğurlandı
- Mağazadan meyvə və yumurta oğurlandı
- Mağazadan oğurluq edən şəxs saxlanıldı
- Mağazadan 3000 manatlıq lotoreya bileti oğurlandı
- Mağazadan içərisində xeyli pul olan seyf oğurlanıb
- Mağazadan qızıl oğurlanıb
- Mağazadan 340 min manat oğurlayan kassir tutuldu