Şəkidə ağır qəza - 9 yaralı var


11:16     10 Mart 2019 2019/03/D7C35310-686E-423C-B062-BAEF81717551_1552202363.jpeg

Şəki şəhərində 9 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Femida.az “Report”a istinadən xəbər verir ki, hadisə səhər saatlarında İsmayıllı-Qaraməryəm-Şəki magistralının yolun Şəki rayonu Köbər Zəyzid kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, “Toyota Prado” markalı avtomobillə “Mercedes Vito” markalı mikroavtobus toqquşub.

Xəsarət alanlar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Açar sözlər:

Oxunub: 378