Qaşıqçının övladlarına 4 milyonluq ev verildi - 50 min kompensasiya ödənildi
13:38 02 Aprel 2019
Səudiyyə Ərəbistanı jurnalist Camal Qaşıqçının övladlarına kompensasiya verib.
Femida.az xəbər verir ki, məlumatı “The Washington Post” yayıb.
Jurnalistin iki oğlu və iki qızı ayrılıqda hər ay 50 min dollar müavinət alacaq. Bundan başqa, onların hər birinə 4 milyon dollaradək qiyməti olan ev verilib.
Qaşıqçının qətli ilə bağlı məhkəmə prosesi başa çatdıqdan sonra jurnalistin uşaqlarının hər biri əlavə olaraq 10 milyon dollar ala bilər.
Bildirilib ki, qətldən sonra Qaşıqçının övladları Səudiyyə Ərəbistanını tənqid etməyib.
Krallığın məmurları kompensasiyanın uşaqların susmasına görə verilməsini təkzib ediblər.
“The Washington Post” ABŞ Prezidenti Donald Trampı jurnalistin qətli ilə bağlı məsələyə qətiyyətsizlik göstərməkdə qınayıblar.
Qeyd edək ki, “The Washington Post”un əməkdaşı, Səudiyyə Ərəbistanının vətəndaşı Camal Qaşıqçı 2018-ci il oktyabrın 2-də Krallığın İstanbuldakı Baş Konsulluğunda qətlə yetirilib. İndiyədək onun meyiti tapılmayıb. Onun qətlini Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salmanın təşkil etdiyi bildirilir.
Femida.az
Oxunub: 472
Oxşar xəbərlər
- Səudiyyə Ərəbistanı Qaşıqçı məsələsi ilə bağlı ABŞ-ın ittihamlarını rədd edib
- Camal Qaşıqçını öldürən 5 nəfər barəsində edam hökmü çıxarıldı
- Camal Qaşıqçı qətli ilə bağlı ortaya yeni səs yazıları çıxıb
- Qaşıqçı cinayəti ilə bağlı Trampın kürəkənindən sensasiyalı sözlər
- Camal Qaşıqçı bu təndirdə yandırılıb - İlk dəfə yayımlanan VİDEO
- BMT-nin xüsusi məruzəçisi konsulluğa buraxılmadı - Qaşıqçı cinayəti ilə bağlı yeni qalmaqal
- Qaşıqçıya görə 5 nəfər edam ediləcək - Səudiyyə Ərəbistanı qərar verdi
- Qaşıqçının qətlinə dair ilk məhkəmə iclası keçiriləcək
- Camal Qaşıqçı “İlin adamı” seçildi
- Səudiyyə Qaşıqçının qatillərini Türkiyəyə vermədi