Kafedə müştərini döyüb pul kisəsini apardı


15:00     04 Aprel 2019 19_04_04_1554375673.jpg

Xətai rayonunun K.Kərimov küçəsindəki kafelərin birində oğurluq olub.



Femida.az xəbər verir ki, naməlum şəxs Bakı şəhər sakini Ə.Mirzəyevi döyüb içərisində 100 manat və maaş kartı olan pul kisəsini alıb.

Xətai RPİ 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini A.Qasımov saxlanılıb.

Açar sözlər:

Oxunub: 376