Qəzaya uğrayan təyyarənin qara qutusu tapıldı


19:59     01 Noyabr 2015 283223.jpg


Misirdə qəzaya uğramış Rusiyanın "Koqalımavia" şirkətinə məxsus təyyarənin qara qutuları tapılıb.

Femida.az-ın verdiyi xəbərə görə, Rusiyanın nəqliyyat naziri Maksim Sokolov bildirib ki, qutular zədələnsə də, oxunmasında problem yoxdur.

“Qutular zədələnsə də, Misir tərəfinin dediyi kimi termal təsir olmayıb” deyən M. Sokolov qara qutuların möhürləndiyini və hələlik açılmadığını diqqətə çatdırıb.

"Rosaviasiya"nın rəhbəri Aleksandr Neradko qara qutuların yerinin ictimaiyyətə açıqlanmadığını bildirib.

Onun sözlərinə görə, adətən belə proseslərdə iki ölkənin - hazırki situasiyada Misir və Rusiya mütəxəssisləri iştirak etməlidirlər.

M. Sokolov və A. Neradko, eləcə də fövqəladə hallar naziri Vladimir Puçkov Qahirədən hadisə yerinə uçublar.

Qeyd edək ki, təyyarənin düşdüyü rayonda bu gün səhərdən axtarış tədbirləri davam etdirilir.

Əməliyyata Rusiya Fövqəladə Hallar Nazirliyinin 100-dən artıq xilasedicisi qoşulub.

Cəsədlər Qahirəyə, ordan isə Sankt Peterburqa göndərilir.

Xatırladaq ki, Airbus 321 təyyarəsi dünən Şarm-Əl Şeyxdən Sankt Peterburqa uçarkən radarlardan itib. Təyyarə Sinay yarımadasının şimalında qəzaya uğrayıb. Göyərtəsində olan 217 sərnişin və 7 ekipaj üzvü həlak olub.

Dəhşətli qəza ilə əlaqədar Rusiya İstintaq Komitəsi cinayət işi açıb.

Noyabrın 1-də Rusiyada matəm elan olunub.(apa)

Açar sözlər:

Oxunub: 1316